Mosul ətrafında İŞİD-dən azad edilən kəndin sakini: "Onlar saqqalımıza və..."
Mosul əməliyyatının dördüncü günündə döyüşlər vaxtı ilə Səddam Hüseynin adını daşıyan əraziyə çatıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, sözü gedən su anbarı İraqda ən strateji bölgələrdən hesab olunur.
Bu mövqe əməliyyatın da açar nöqtəsi sayılır. Hücuma keçən peşmərgə qüvvələrinə ərazini əldə saxlamaq əmri verilib.
Hidrotexniki obyekt iki il əvvəl İŞİD-in nəzarətinə keçib. Həmin il Mosul da nəzarətə götürülüb. Amma bir neçə ay sonra su anbarı İraq ordusu və peşmərgə ərazini geri ala bilib.
Terrorçular bir neçə dəfə bu anbarı partlatmaq istəyib. Əgər bu baş versəydi İraqın böyük bir ərazisi su altında qala, elektrik enerjisindən məhrum ola, milyonlara insan susuz qala bilərdi.
Hidrotexniki obyektdə böyük konstruktiv çatışmazlıqlar var. Bu çatışmazlıqlar daimi mühəndis diqqəti tələb edir. Əraziyə mərmi düşsə mövcud olan əskiklər təhlükənin böyüməsi ilə nəticələnə bilər.
Məhz bunun qarşısını almaq üçün peşmərgə Mosul ətrafında kəndlərin İŞİD-dən təmizlənməsinə xüsusi güc sərf edir.
Başqa bir tərəfdən ətraf yaşayış məntəqələrində möhkəmlənmək Mosula hücumu daha effektiv edə bilər.
Yerli sakinlər indi vəziyyətin yaxşı olduğunu deyirlər.
"Bu ana qədər biz tələdə idik. Azad hərəkət edə bilmirdik. Ərzaq və su sarıdan əziyyət çəkirdik".
"Vəziyyətimiz dözülməz idi. Hər anımız faciə idi. Bizə heç mal-qaramızı otarmağa icazə verilmirdi. Onları daha çox bizim geyimimiz və saqqalımız maraqlandırırdı. İstədikləri kimi hərəkət etməyəndə cəzalandırırdılar, döyürdülər".
Bu arada İraq rəsmiləri əməliyyatın gedişini qrafiki qabaqladığını açıqlayıb. Xatırladaq ki, Mosul əməliyyatında İraq ordusu ilə bərabər peşmərgə və yerli könüllü dəstələr də iştirak edir. 60 min nəfərlik qüvvələrə havadan dəstəyi ABŞ-ın rəhbərliyi ilə beynəlxalq koalisiya verir.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?