Gəncədə azyaşlı qızların sırğalarını oğurlayanlar tutuldu

Gəncədə azyaşlı qızlara qarşı soyğunçuluq edən iki nəfər saxlanılıb.

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini DİN-in 102 xidmətinə zəng vuraraq naməlum şəxslərin onun azyaşlı qız övladına qarşı soyğunçuluq etdiyini və uşağın sırğasının aparıldığını bildirib.

 

Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, "Təhlükəsiz şəhər" xidməti və Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi  əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törədən iki nəfər şəhər sakini - 33 yaşlı Seymur Quluzadə və 23 yaşlı İlkin Orucov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər şəhərin 1-ci, 4-cü mikrorayonlarında və Abbas Səhhət adlanan ərazidə İlkin Orucova məxsus avtomobillə gedərək, azyaşlı qız uşaqlarını çağırıb atalarının dostları olduğunu deyiblər. Onlar uşaqların sırğalarının bir tayını götürərək aradan çıxıblar.

 

Məlumata görə, hazırda saxlanılan şəxslərin 3 soyğunçuluq hadisəsi törətdikləri müəyyən olunub. Baş Müstəntiq Sabir Tağızadə zərərçəkənlərin sayının artacağını istisna etməyib.

 

Əməliyyat tədbirləri zamanı saxlanılan Seymur Quluzadənin üzərindən 4 qram  narkotik vasitə olan tiryək də aşkarlanıb. O, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məhkumluq həyatı yaşayıb.

 

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

 

Müəllif | Apa.Tv
Vüsal Məmmədov

OXŞAR XƏBƏRLƏR