Nazir aprel şəhidinin ailəsinə ev verdi
Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun ailəsinə yeni mənzil verilib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Laçın rayon sakini, əsgər Məmmədov Ülvi Cəmaləddin oğlunun Taxtakörpü qəsəbəsində məskunlaşan ailəsinə yeni mənzilin açarlarını ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov təqdim edib.
80 kv. metrlik üçotaqlı mənzil 18 sot torpaq sahəsində tikilib və bütün avadanlıqlarla təchiz olunub. Ailənin qonağı olan nazir Hüseyn Bağırov şəhid Ülvi Məmmədovun qəbrini də ziyarət edib: "Torpaqlarımızın azadlığı uğurunda vuruşlarda canından keçmiş, şəhid olmuş, həyatını vermiş Azərbaycan oğlunun ailəsi ilə bağlı 7-8 ay bundan əvvəl burda qəbulda onların ən çox ehtiyacı olan evlə bağlı ölkə başçısına müraciət olundu, ölkə başçısının tapşırığı ilə onlara yeni ev verildi".
Şəhid atası Cəmaləddin Məmmədov göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür edib: "Minnətdaram ki bizə belə qayğı göstərir, bizi yaddan çıxarmırlar, dövlətimizə minnətdaram. Arzumuz budur ki, torpaqlarımız alınsın, gedək öz yerimizə".
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?