Türkiyədə PKK ilə qanlı döyüş: 2 hərbçi şəhid oldu, 21 terrorçu məhv edildi

Türkiyənin Hakkari vilayətində PKK ilə baş verən döyüşdə 2 türk hərbçisi şəhid olub, 5-i yaralanıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə Çukurca qəsəbəsi yaxınlığında qeydə alınıb.

Yaralı əsgərlər Hakkari dövlət xəstəxanasına çatdırılıb.

İraqla sərhəd olan bölgədə PKK terrorçuları hərbçilərin keçirdiyi əməliyyatı zamanı gizləndikləri mağaralardan atəş açmağa başlayıblar. Atışmada 21 terrorçu məhv edilib.

Hazırda bölgədə anti-terror əməliyyatları genişləndirilib. Əməliyyatlara helikopterlərdən dəstək verilir.

Adı çəkilən sərhəd bölgəsi PKK-nın aktiv olduğu ərazilərdən biridir. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR