Quran "tələsi", girovlar, kimya fabrikində partlayış təhlükəsi - İŞİD-DƏN DƏHŞƏTLİ ADDIMLAR
İraqın şimalında Mosulun İŞİD-dən təmizlənməsi məqsədilə həyata keçirilən əməliyyat davam edir.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, əməliyyatın 4-cü günündə ilk hücum yerli vaxtla səhər saat 6.00-da başlayıb.
Naveran və Barimə ilə birlikdə Mosul Su anbarına yaxın olan Batnə kəndinə hücum zamanı terrorçuların mövqelərini tərk edib qaçdıqları bildirilir. Həmin kəndlər azad edilib. Bu kəndlərdən qaçan terrorçuların Mosula toplandığı barədə xəbərlər var.
Adı çəkilən ərazidə müdafiə olunan terrorçular arxaya çəkilərək bölgədəki xəstəxanalarda və məktəb binalarında istehkamlar düzəldir. Yaralılar isə məscidlərə aparılıb.
Bölgədə olan ABŞ generallarından biri kəşfiyyat məlumatlarına əsasən İŞİD liderlərinin Mosuldan ayrıldığını iddia edib. Lakin İŞİD rəhbəri Əbu Bəkr əl-Bağdadinin harada olduğu məlum deyil.
Mosula yaxın olan Bartilla qəsəbəsində İŞİD-çilər bomba yüklü avtomobillərlə hərbi konvoya hücum etmək istəyib. Maşınlar tank atəşi ilə vurulub.
Peşmərgə döyüşçüləri isə Başika bölgəsinin azad edilməsi üçün hərəkətə keçib. Həmin ərazidə Türkiyə hərbçilərinin düşərgəsi var. Hücum üç istiqamətdən həyata keçirilir. Məqsəd xristianların yaşadığı Tilkef qəsəbəsini terrorçulardan təmizləməkdir.
Azad olunan ərazilərdə İŞİD-ə aid tunellər aşkarlanıb. Tunellərdən birində tavan arasından tapılan Qurani-Kərimin içində partlayıcı aşkar edilib. Divara sancılmış bir bayrağın üzərində isə "Tanrı yoxdur, Allah var" sözləri yazılıb. Bundan başqa, terrorçulara məxsus xeyli ərzaq məhsulları da tapılıb. Alaçiy yeməklər terrorçuların tuneli hücum saatlarında tərk etdiyini deməyə əsas verib.
Əl-Mişrak qəsəbəsində terrorçular tonlarla kimyəvi maddə olan fabriki partlayıcılarla doldurub. Onların burada yaşayan mülki əhalidən "canlı qalxan" kimi istifadə edəcəyi gözlənilir. Terrorçuların qəsəbəyə yaxın kəndlərdə kişiləri ailələrindən ayırıb, girov olaraq həmin fabrikə apardıqları bildirilir.
Peşmərgə komandirlərindən biri döyüşçülərin bununla bağlı xəbərdar edildiyini və həmin kimyəvi maddələrin tərkibi barədə məlumatlandırıldığını bildirib. Bildirilib ki, həmin fabrik partladılsa, təsiri on kilometrlərlə məsafədə ciddi təhlükə yarada bilər.
Bu arada Fransa prezidenti əməliyyatların gedişini yaxından izlədiyini, Mosulda mülki əhali arasında tələfatın olmaması üçün zərbələr zamanı saysız qəlpə verən bombalardan istifadə edilməyəcəyini vurğulayıb.
Koalisiyada yer alan ABŞ qırıcıları isə əməliyyatlara Bəsrə körfəzindəki aviadaşıyıcılardan havalanaraq qatılır.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?