“Məktəblinin dostu” seçilmiş gənclər üçün treninqlər başladı
Bu gündən Təhsil Nazirliyi və Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Məktəblinin dostu” seçilmiş gənclər üçün treninqlər başlayıb.
APA TV-nin xəbərinə görə, 5 saylı peşə məktəbində təşkil olunmuş tədbirdə “Məktəblinin dostu” layihəsinin koordinatoru Rüstəm Ağayev bildirib ki, layihənin əsas vəzifələri müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim və təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılması olacaq.
Layihənin ilk mərhələdə Bakı şəhərində 30 ümumi təhsil müəssisəsini əhatə edəcəyini deyən R.Ağayev deyib ki, “Məktəblinin dostu” olmaq üçün keçirilən müsabiqədə 21-30 yaş arasında olan 200 gənc uğur qazanıb: "Bu gündən onlar üçün bir aylıq treninqə başlanır. Treninqlər Fövqəladə Hallar, Səhiyyə nazirlikləri, "ASAN Xidmət", Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri tərəfindən keçiriləcək”.
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev vurğulayıb ki, treninqlərdə iştirak edəcək gənclər “Məktəblinin dostu” olaraq təhsil müəssisələrində fəaliyyət göstərəcəklər: “Fövqəladə Hallar Nazirliyi insanların təhlükəsizliyinin təmin olunması ilə məşğuldur. Orta məktəblərdə də bu məsələ təbliğ edilməli və uşaqlara izah olunmalıdır. Təhlükəsizlik qaydalarına düzgün riayət edildikdə, fəlakətlərin 80%-nin qarşısını almaq olar”.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva isə qeyd edib ki, 30 məktəbdə fəaliyyət göstərəcək "Məktəblinin dostu" seçilmiş gənclərə lazımi köməkliklər göstəriləcək: "Hər bir məktəb qanunvericilik və vahid nizamnamə əsasında fəaliyyət göstərir. İnanırıq ki, hər bir “Məktəblinin dostu” da bu sənədləri əsas götürərək vəzifəsini icra edəcək”.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?