“ASAN Xidmət”in 12 milyonuncu müştərisi əcnəbi tələbə oldu

"ASAN Xidmət" mərkəzlərinin xidmətlərindən istifadə edən vətəndaşların sayı 12 milyon nəfərə çatıb.

 

APA TV-nin məlumatına görə, bu münasibətlə 5 saylı "ASAN Xidmət" Mərkəzində tədbir keçirilib.

 

“ASAN Xidmət”in İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov Baham Adaları Birliyinin vətəndaşı və ADA Universitetinin tələbəsi Cordan Haçesonun “ASAN Xidmət” mərkəzinə müraciətinin 12 milyonuncu müraciət kimi qeydə alındığını bildirib: "Cordan Haçeson 5 saylı Bakı "ASAN Xidmət" Mərkəzinə müraciət edərək, Daxili İşlər Nazirliyi tərəfindən göstərilən məhkumluq haqqında arayışın verilməsi xidmətindən yararlanıb. Bizdə olan məlumata görə, xanım üçüncü ölkəyə səfər edəcək və bu məqsədlə həmin arayışı əldə etmək istəyir".

 

ADA Universitetinin tələbəsi Cordan Haçeson isə "ASAN Xidmət" mərkəzlərindəki xidmətlərdən məmnunluğunu bildirib: "Mən buradakı xidmətlərin operativliyindən çox təəccübləndim və məmnun oldum. Hər kəsə buna görə təşəkkür edirəm".

 

Daha sonra müvafiq arayış Cordan Haçesona təqdim olunub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR