Yağışlar səngiyir, bəzi yerlərdə şaxta olacaq
Oktyabrın 21-də Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən xəbərə görə, mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun yarımadada gecə 8-10, gündüz 10-13 dərəcə, Bakıda gecə 8-10, gündüz 11-13° dərəcə isti olacağı gözlənilir.
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şərq rayonlarında intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 10-14 dərəcə, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
19:05
472
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
402
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
536
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
405
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
12:34
391
Növbəti günlərdə bizi necə hava gözləyir?
04:40
1204