Türk Silahlı Qüvvələri Suriyada 200 PKK-çını məhv etdi
Suriyanın şimalında Türkiyənin dəstək verdiyi "Fərat qalxanı" əməliyyatı davam edir. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyə hərbi təyyarələri gecə saatlarında Suriyanın Hələb şəhərinin şimalındakı Maarrat Umm Havş bölgəsində yerləşən PYD-YPG hədəflərinə zərbələr endirib.
Əməliyyatda təşkilatın qərargah və sığınacaq olaraq istifadə etdiyi 18 hədəfin məhv edildiyi açıqlanıb. Qərargah açıqlamasında 160-200 arası PYD-PKK terrorçusunun məhv edildiyini bildirib. Sabah erkən saatlarında həyata keçirilən hava hərəkatında isə İŞİD-in nəzarətində olan Aktarinin cənubundakı Baruzah yaşayış məskəni vurulub.
Bu arada Türkiyə prezidenti anti-terror əməliyyatlarının daha da genişləndiriləcəyinə işarə vurub. Rəcəb Tayyib Ərdoğan Suriyadakı terror qruplaşmalarına mesaj göndərərək deyib ki, bundan sonra Türkiyə problemlərin qapısını döyməsini gözləməyəcək. Harada bir terror hərəkətlənməsi olsa, başlarının üstünü Türk Silahlı Qüvvələri alacaq.
Qeyd edək ki, ötən gün YPG qüvvələri Türkiyə-Suriya sərhədində Kilisin qərbindəki bölgədə nəzarət etdiyi Afrindən şərqə, Əl-Baba doğru hərəkət keçib. Bundan sonra Azad Suriya Ordusu istiqaməti YPG-nin bir neçə ay əvvəl ələ keçirdiyi Tel Rıfata çevirib. Müxaliflər açıqlamasında YPG qüvvələrinə Tel Rıfatı tərk etmələri üçün 48 saat vaxt verib.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?