Ermənilər bütün istiqamətlərdə atəşi artırdı

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 22 dəfə pozub.

 

APA TV-nin MN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ermənistanın İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

 

İşğal altında olan Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli və Cəbrayılrayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR