Son teledebat: Klinton Trampı Putinin "kukla"sı adlandırdı

ABŞ-da prezidentliyə namizədlər arasında seçkiöncəsi debatların final mərhələsi keçirilib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu dəfəki qarşılaşmada namizədlər bir daha Rusiyanı və prezident Vladimir Putini yada salıblar.

 

Belə ki, debatların başlamasından heç yarım saat keçməmiş Hillari Klinton Rusiyanı ölkəsinə qarşı kiberhücumların təşkilində, rəqibi Donald Trampı isə Rusiya prezidentinə rəğbət bəsləməkdə ittiham edib.

 

H.Klinton deyib ki, bir "kuklanı" ABŞ prezidenti postunda görmək əslində Kreml rəhbərinə sərf edir.

 

Demokratların namizədi V. Putini ABŞ-da keçiriləcək seçkilərə müdaxilədə ittiham edərək, bu faktın kəşfiyyat məlumatları ilə təsdiqləndiyini açıqlayıb.

 

O, rəqibi D.Trampın hakimiyyətə gələcəyi təqdirdə Rusiya liderinin siyasi kursunu davam etdirməklə, NATO-nu tamamilə dağıdacağını, məhz buna görə də V.Putinin onu dəstəklədiyini bildirib.

 

H.Klinton eyni zamanda D.Trampı Vladimir Putinin əsas favoriti adlandırıb. Rəqibinin buna cavabı gecikməyib: "Mən V. Putini tanımıram, onunla heç görüşməmişəm. Lakin o, mənim haqqımda xoş sözlər deyib. ABŞ-la Rusiyanın bir-biri ilə yola getməsi və birlikdə İŞİD-i məhv etməsi çox yaxşı olardı. Mən V.Putinin həm Klinton, həm də Obamadan Suriya da daxil olmaqla hər məsələdə üstün olduğunu deyə bilərəm".

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR