ABŞ-da ehtiyatlar azalır: neft 53 dollardan baha satılır
Dünya bazarında neftin qiyməti bahalaşmaqda davam edir. APA TV-nin məlumatına görə, ötən gün axşam saatlarında “Brent” markalı neftin bir bareli 53 dolları keçib. Daha sonra yenidən ucuzlaşaraq 52,51 dollardan satılıb. Müqayisə etdikdə isə bu qiymətin bir gün öncəki hərrac qiymətlərindən 36 sent baha olduğunu görürük.
Qərbi Texas neftinin qiyməti də ötən günlə müqayisədə bahalaşıb. WTİ markalı neft hazırda 51,62 dollardan satılır. Bu markadan olan neft ötən gün 50,75 dollardan satılıb.
ABŞ Neft İnstitutunun açıqlamasında hasil olunmuş neft ehtiyatlarının 5,25 milyon barel azaldığı bildirilir. Bu yanvar ayından indiyə qədər ən aşağı səviyyədir. Ehtiyatların azalması neftin qiymətlərinin artmasına səbəb olur.
OXŞAR XƏBƏRLƏR
19:05
472
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
402
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
536
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
405
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
12:34
391
Növbəti günlərdə bizi necə hava gözləyir?
04:40
1204