Bütün valyutalar bahalaşdı
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi oktyabrın 19-u ilə müqayisədə bahalaşaraq 1,6030 manat təşkil edib.
Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası möhkəmlənərək 1,7573 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9682 manatdır. Beləliklə, funt sterlinq də bahalaşma nümayiş etdirib.
Rusiya rublu, Türkiyə lirəsi və Gürcüstan larisi də bahalaşıb. 1000 rubl hazırda 25 manat 80 qəpik, 100 türk lirəsi 52 manat 33 qəpik, 100 gürcü larisi isə 68 manat 07 qəpik dəyərindədir.
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?