İcra məmurları Hadisənin qızıllarını əlindən aldılar
Türkiyənin tanınmış müğənnisi Hadisənin qızılları əlindən alınıb. APA TV xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb.
Məlumata görə, “Trendyol” markasının DSM Grup şirkəti ilə imzaladığı 500 min avroluq reklam müqaviləsini pozduğu iddiası ilə 250 min avro cərimələnən Hadisə çətin günlər yaşayır.
“O səs Türkiyə” müsabiqəsində münsif olan Hadisə verilişin anonsuna çəkildiyi vaxt icra məmurları studiyaya gəliblər. Çəkilişlərə fasilə verməli olan Hadisə göz yaşları içərisində cəza sənədinə imza atıb. Hadisə şahidləri bildiriblər ki, icra məmurları ilə görüşdən qayıdarkən müğənninin qulağındakı sırğa və boynundakı boyunbağı olmayıb. İddialara görə, icra məmurları Hadisənin üzərindəki qızıllara və pula da həbs qoyublar.
Qeyd edək ki, stilist bacısı Dərya Açıqgöz Hadisənin rəqib markaların geyimləri ilə çəkilmiş fotolarını paylaşıb. Hadisə ilə 4 il əvvəl reklam müqaviləsi bağlayan şirkət isə müğənninin rəqib firmaları reklam etməsi səbəbindən onunla müqaviləni pozub və məhkəməyə müraciət edib.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?