Sumqayıtda “Shacman” sərnişin avtobusuna çırpıldı, avtobus aşdı
Sumqayıtda yük maşını sərnişin avtobusuna çırpılıb. APA TV-nin məlumatına görə, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində qeydə alınıb.
Sürətlə hərəkətdə olan “Shacman” markalı yük maşınının sürücüsü idarəetməni itirib. Nəticədə yük maşını əvvəlcə “Mercedes” markalı minik maşınına dəyib, daha sonra isə dayanacaqda dayanmış sərnişin avtobusuna arxadan çırpılıb. Sumqayıt-Hacı Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətində 3 saylı marşrut xətti ilə hərəkət edən avtobusda qəza zamanı sərnişinlər olub. Zərbənin gücündən avtobus yanı üstə aşıb.
Hadisə yerinə Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb edilib. Hadisə şahidlərinin sözlərinə görə, bir neçə sərnişin təcili yardım avtomobilləri ilə xəstəxanalara aparılıb. Lakin Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsindən bildirilib ki, onlarda qəza nəticəsində xəsarət alanların sayı və şəxsiyyəti barədə məlumat yoxdur.
Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?