Bakı-Sumqayıt yolunda yük və minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
Bakı-Sumqayıt avtomobil yolunda ağır yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə yolun 29-cu kilometrliyində, Saray qəsəbəsində qeydə alınıb.
Yolun qəza baş verən hissəsində təmir işləri aparılır və hərəkət zolaqlarından biri nəqliyyatın hərəkəti üçün bağlanıb. Digər istiqamət isə arakəsmələrlə iki zolağa bölünüb. Sumqayıt istiqamətində yüksək sürətlə hərəkət edən “Lada” markalı avtomobilin sürücüsü təmir gedən yerə çatanda idarəetməni itirib. Avtomobil maneələri dağıdaraq, qarşı hərəkət zolağına keçib və Bakı istiqamətində hərəkətdə olan “QAZel” markalı yük maşınına çırpılıb.
Qəza nəticəsində “Lada”nın sürücüsü və iki sərnişini, eləcə də, yüklə dolu “QAZel”in sərnişini xəsarət alıb. Yaralılar Sumqayıtdakı xəstəxanalara aparılıb.
Yol polisi əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə, “Lada”nın sürücüsü avtomobili sərxoş vəziyyətdə idarə edib və təmirlə bağlı xəbərdarlıq, eləcə də sürət həddinin azaldılması ilə bağlı nişanlara məhəl qoymayıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?