Göygöldə qaz faciəsi: ananın vəziyyəti ağırdır, iki övladı ölüb
Göygöldə qazdan zəhərlənmə olub. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Göygöl şəhərinin Babək küçəsində qeydə alınıb.
Gəncə sakini, 1990-cı il təvəllüdlü Bahar Abbasova və onun iki azyaşlı övladı qazdan zəhərlənib.
Hadisə nəticəsində 2 yaşlı Abbasov Tuncay Vüsal oğlu və 4 yaşlı Abbasova Xədicə Vüsal qızı dünyasını dəyişib, onların anası Bahar Abbasova isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, ailə evə qazı standart borularla yox, şlanqla çəkib. Evin içərisində şlanq zədələnib və qaz sızıb. Ana və övladları isə qazdan zəhərləniblər.
OXŞAR XƏBƏRLƏR
19:05
472
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
402
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
536
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
405
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
12:34
391
Növbəti günlərdə bizi necə hava gözləyir?
04:40
1204