"BakuBuild 2016" 22-ci Azərbaycan inşaat sərgisi başladı
Paytaxtımızda növbəti "BakuBuild 2016" 22-ci Azərbaycan inşaat sərgisi öz işinə başlayıb.
APA TV-nin məlumatına görə, sərgidə 26 ölkəni təmsil edən 298 şirkətin istehsal etdiyi keramika və mərmər materiallar, lak və boya çeşidləri, qapı-pəncərə sistemləri, interyer üçün zəruri inşaat materialları, dam və döşəmə örtükləri, havalandırma sistemləri, su təchizatı, sanitariya sistemləri, tikinti sahəsində ixtisaslaşmış yerli və xarici şirkətlərin digər zəruri inşaat materialları yer alıb.
Sərgidə Türkiyə və Fransanı təmsil edən şirkətlər daha geniş şəkildə təmsil olunur. Builki "BakuBuild" sərgisində Azərbaycanı təmsil edən şirkətlərin pavilyonları sərginin ekspozisiya sahəsinin 50 faizini təşkil edir.
Bu il təşkil olunan inşaat sərgisi digərlərindən öz yenilikləri ilə fərqlənib. Belə ki, "BakuBuild 2016" sərgisinin yenilikləri arasında drenaj sistemləri üçün aksesuarlar, akustik panel və inşaat materialları və alətləri, profillər, mexaniki və avtomat jalüzlər, keramika məhsulları, ev aksesuarlarının ilk dəfə nümayiş etdirilməsi də var.
Sərgidə Azərbaycanın tikinti sahəsində aparıcı şirkətlərindən biri olan "Gilan" Tikinti Materialları Qrupu da istehsal etdiyi yüksək keyfiyyətli inşaat materiallarını nümayiş etdirir. Onların arasında hündürmərtəbəli binalar üçün lift sistemləri, MDF materialların nümunələri, keramika məhsulları, qapı-pəncərə sistemləri, habelə şirkətin istehsal profilinə daxil olan digər məhsullar yer alıb.
Tikinti materiallarının hazırlanması sahəsində ixtisaslaşmış şirkətin məhsul səbətinə kafel-metlax, laminat-parket, beton və beton qatqıları da daxil olmaqla, ümumilikdə 35 adda inşaat materialının ən son texnologiyalara əsaslanan istehsalı daxildir.
Şirkətin alıcıları arasında həm daxili, həm də ölkə hüdudlarından kənarda fəaliyyət göstərən nəhəng inşaat sektoru təmsilçilərinin adları var. "Gilan" Tikinti Materialları Qrupunun satış və marketinq müdiri Saleh Məmmədov təmsil etdiyi şirkətin gələcək perspektivləri barəsində ətraflı məlumat verib: "Məqsədimiz ölkəmizdə olan gözəl biznes mühitindən istifadə edib müəssisələrimizin sayını və tikinti sektorunda tələb olunan məhsullarla çeşidimizi artırmaqdır".
Saleh Məmmədov həmçinin təmsilçisi olduğu şirkətin ötən illər ərzində bir çox sosial layihələrdə iştirak etdiyini bildirib: "Əvvəla, onu deyim ki, ötən illərdə demək olar ki, bir çox sosial layihələrdə iştirak etmişik. 2017-ci ildə cənab prezidentin dəstəyi ilə Azərbaycan sosial layihələrə HƏ deyib. 2017-ci ildə də bizim məhsullarımızla sosial layihələrdə təmsil olunmaq üçün gözəl zəminimiz var".
Sərgi çərçivəsində həmçinin növbəti ildən etibarən "Bakubild" sərgisinin yeni adla, "WorldBuild Baku"" etibarən inin m ərdə təmsil olunmaq üçün gözəl zəminimiz var deyib. eşidini artırmaqdır. aat sektoru təmsilçilərin" adı ilə təqdim olunacağını bildirilib. Builki sərgiyə gəlincə isə, o, öz işini oktyabrın 22-dək davam etdirəcək.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?