Atatürkün mavzoleyini partlatmaq istəyən "canlı bomba" məhv edildi
Ankarada zərərsizləşdirilən terrorçunun Anıtqəbir və TBBM ilə bağlı kəşfiyyatlar aparıb. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu ölkənin daxili işlər nazirliyi Süleyman Soylu bildirib.
Nazir qeyd edib ki, məhv edilən terrorçu 29 oktyabr və 10 noyabrda Ankaranın bəzi səmtlərində partlayışlar törətməyi planlaşdırıb.
Xatırladaq ki, 29 oktyabr Türkiyənin Respublika, 10 noyabr isə Atatürkün vəfatı günüdür.
Terrorçunun müvafiq tarixlərdə TBMM-də və Atatürkün mavzoleyində partlayışlar törədəcəyi bəlli olub.
Bu arada Ankarada bayram yürüşlərinə qadağa qoyulmasına aydınlıq gətirən Süleyman Soylu bundan məqsədin istisna edilməyən terror aktlarında insan itkisinin qarşısını almaq olduğunu bildirib. Nazir vurğulayıb ki, burada bayramın qeyd edilməsinə əngəl törədilməsindən söhbət gedə bilməz.
Qeyd edək ki, dünən polisin keçirdiyi əməliyyat nəticəsində Ankaranın Əryaman qəsəbəsində bir "canlı bomba" məhv edilib.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?