İran hərbi gəmiləri Bakıda

İran Hərbi Dəniz Qüvvələrinə məxsus 2 hərbi gəmi Azərbaycana gəlib. APA TV-nin xəbərinə görə, Azərbaycan hərbi orkestrinin də iştirakı ilə rəsmi qarşılanma mərasimi keçirilib.

 

Tədbirdə İran səfirliyinin, Müdafiə Nazirliyinin nümayəndələri iştirak edib. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandan müavini Natiq Bağırov bildirib ki, İran Hərbi Dəniz Qüvvələrinin "Dəmavənd" raket gəmisi və "Covşan" kater gəmisi nümayəndə heyəti ilə Azərbaycana gəlib: "Bu, sülh və dostluq səfəridir. Üç gün davam edəcək səfər çərçivəsində İran nümayəndə heyəti Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Ardınca Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı ilə görüş olacaq. Nümayəndə heyəti Azərbaycanın Hərbi Dənizçilik Məktəbində olacaq".

 

Səfər zamanı futbol yarışının da təşkil olunması nəzərdə tutulur.

 

Qeyd edək ki, bu, Azərbaycan müstəqillik əldə etdikdən sonra İran hərbi gəmilərinin ölkəmizə ilk səfəridir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR