Türkiyənin dəstəklədiyi müxaliflər PKK-nın Suriya qoluna vaxt qoydu
Suriyada Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu ilə Ankaranın PKK terror təşkilatının Suriya qanadı hesab etdiyi PYD qruplaşması arasında döyüşlər başlaya bilər. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, "Fərat qalxanı" hərəkatı başlayanda müxaliflərin YPG qüvvələri ilə Menbiçdə qarşı-qarşıya gəlməsi təhlükəsi var idi.
Ancaq ABŞ-ın müdaxiləsindən sonra PYD\YPG birləşmələri Menbiçdən çəkildiyini açıqlayıb. Azad Suriya Ordusu Menbiçin əvəzinə cənuba, Dabık və ardından Əl-Baba doğru hərəkət edib.
Şərqdən gəlməsi gözlənilən YPG təhdidi Suriyanın qərbindən gəlməyə başlayıb. YPG Türkiyə-Suriya sərhədində Kilisin qərbindəki bölgədə nəzarət etdiyi Afrindən şərqə, Əl-Baba doğru hərəkət keçib. Bundan sonra Azad Suriya Ordusu istiqaməti YPG-nin bir neçə ay əvvəl ələ keçirdiyi Tel Rıfata çevirib. Müxaliflər açıqlamasında YPG qüvvələrinə Tel Rıfatı tərk etmələri üçün 48 saat vaxt verib.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?