İslam Əməkdaşlıq Təşkilatı FETÖ-nü terror təşkilatı elan etdi

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Fətullahçı Terror Təşkilatını (FETÖ) terror təşkilatı elan edib.

 

APA-nın məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu öz “twitter” səhifəsində yazıb.

 

Qərar Özbəkistanın paytaxtı Daşkənddə Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında qəbul olunub. Qərarı yalnız Misir dəstəkləməyib.

 

İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR