Dələduzluqda təqsirləndirilən keçmiş hakim azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən sabiq hakim Fəxrəddin Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə F.Rzayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq olunaraq, ona şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd edək ki, F.Rzayev vətəndaş Eyvaz Abbasovun oğlunu Dövlət Yol Polisinə düzəltmək adı ilə ondan 20 min manat pulu dələduzluq yolu ilə əldə etməkdə təqsirli bilinib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

 

F.Rzayev əvvəllər Yasamal Rayon Məhkəməsinin hakimi olub. Bir müddət isə Bakı Hərbi Məhkəməsinin icra şöbəsində çalışıb.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR