İsmayıllıda traktor aşdı: sərnişin faciəli şəkildə öldü

Qəbələ-İsmayıllı yolunda ağır qəza baş verib, bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə Qəbələ- İsmayıllı yolunun 9-cu kilometrliyində, İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisində qeydə alınıb.

 

Kənd sakini, 1993-cü il təvəllüdlü Belək Cəmaləddin oğlu Sərdarov idarə etdiyi traktorla hərəkətdə olarkən yolun kənarındakı kafeyə tərəf dönmək istəyib və idarəetməni itirib. Traktor çökək əraziyə aşıb və nəticədə sürücü Belək Sərdarov ağır xəsarət alıb. Qapalı kəllə-beyin travması alan sürücü İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Sürücünün yanında oturan həmkəndlisi, 1994-cü təvəllüdü Nurlan Marif oğlu Cabbarlı qəflətən aşan traktorun altına düşüb və aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

 

         Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR