Rusiyadan pozitiv yanaşma: neft dəyər qazandı
Dünya bazarında neftin qiyməti yenidən bahalaşıb. APA TV-nin məlumatına görə, ötən günkü hərraclarda 51,50 dollardan satılan “Brent” markalı neftin bir bareli hazırda 52,15 dollardan təklif olunur.
Qərbi Texas neftinin qiyməti də ötən günlə müqayisədə bahalaşıb. WTİ markalı neft hazırda 50,75 dollardan satılır. Bu, Qərbi Texas neftinin ötən günkü qiymətindən 50 sent bahadır.
ABŞ-ın hasil olunmuş neft ehtiyatları azalıb. Neft İnstitutunun açıqlamasında ehtiyatların 3,8 milyon barel azaldığı bildirilir. Ötən həftəyə nisbətən bu həcmdə azalma neftin qiymətlərinin artmasına səbəb olub.
Neftin qiymətinin artmasına təsir edən digər səbəb isə Rusiyanın yenidən OPEK ölkələrinin neft hasilatını dondurmasına müsbət yanaşdığının açıqlanmasıdır. OPEK-in sədri Məhəmməd Barkindo Londonda keçirilən konfransda Rusiyanın razılaşmadan geri çəkilməyəcəyini bildirib. Barkindo gələn həftə Rusiyanın enerji naziri Aleksandr Novakla görüşəcək.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?