Putinin Ərdoğan və İraqın baş naziri ilə telefon danışığı olub
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub. APA TV-nin məlumatına görə, tərəflər İraqın Mosul şəhərinin azad edilməsi əməliyyatını müzakirə ediblər. Türkiyənin Suriyanın şimalında müxaliflərə dəstək göstərməsi və terrorçulara qarşı aparılan əməliyyatlar barəsində də söhbət gedib.
Kreml rəhbəri İraqın baş naziri Haydar əl-İbadi ilə də telefonla danışıb. Danışıq zamanı Mosul əməliyyatı müzakirə edilib.
Putin İraq ordusuna və koalisiya qüvvələrinə uğur arzuladığını bildirib və İŞİD-in tezliklə məhv ediləcəyinə ümidvar olduğunu deyib. Rusiya dövlət başçısı İraq ordusuna dəstək verməyə hazır olduqlarını dilə gətirib.
OXŞAR XƏBƏRLƏR
19:05
489
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
419
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
552
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
408
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
12:34
396
Növbəti günlərdə bizi necə hava gözləyir?
04:40
1209