Türkiyənin müdafiə naziri: "Mosul əməliyyatlarına qatılırıq"
"Türkiyə olmadan Mosulun gələcəyi ilə bağlı qərar vermək mümkün deyil". APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu sözləri Türkiyənin müdafiə naziri Fikri İşıq bildirib.
O, Türkiyə HHQ-nin Mosula əməliyyatına qatılması ilə bağlı koalisiya gücləri ilə razılıq əldə edildiyini deyib.
İtaliyada səfərdə olan nazir Fransa xarici işlər naziri ilə Mosulun gələcəyi ilə bağlı Parisdə cümə axşamı keçiriləcək və 20 ölkənin qatılacağı beynəlxalq toplantıya Türkiyənin də dəvətli olduğunu diqqətə çatdırıb.
"Mosuldakı proseslərdə və baş verənlərlə bağlı toplantılarda iştirakımız təbiidir", - deyə Fikri İşıq əlavə edib.
Xatırladaq ki, Türkiyənin baş naziri Binəli Yıldırım da lazım gələrsə əməliyyatlara türk qırıcılarının da dəstək verəcəyini qeyd edib.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?