Türkiyənin Van şəhərində zəlzələ oldu

Türkiyənin Van şəhərində zəlzələ olub. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, yeraltı təkanlar yerli vaxtla saat 22:22-də baş verib.

Zəlzələnin episentri Çalımlı kəndində qeydə alınıb. Təkanların gücü yerin 5 kilometr dərinliyində 4,2 bal gücündə hiss olunub. Vanda əhali arasında təlaş yaşanıb. İtki və dağıntı yoxdur.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR