Qusar bazarında yanğın: bir neçə ticarət obyekti külə döndü

Qusarın mərkəzi bazarında yanğın baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, axşam saatlarında başlayan yanğın təxminən 200 kvadratmetr ərazini əhatə edib.

Hadisə zamanı xəsarət alan olmayıb. Amma bazarın yanğın baş verən hissəsində yerləşən ticarət obyektlərinə ciddi ziyan dəyib. Mağazalar içərisindəki mallarla birlikdə yanaraq məhv olub.

Hadisə yerinə FHN-nin Qusar Dövlət Yanğından Mühafuzə Hissəsinin 3 yanğınsöndürən maşını və  canlı qüvvəsi cəlb olunub. Yanğının genişlənərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Müəllif | Apa.Tv
Vəli Turan

OXŞAR XƏBƏRLƏR