Qar Daşkəsəndə bir sıra fəsadlar törətdi
Ötən gecədən yağmağa başlayan qar Daşkəsəndə də bir sıra fəsadlar törədib.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, rayon mərkəzində qarın hündürlüyü 15-20 sm, dağlıq ərazilərdə isə 35-40 sm-dir.
Təbiət hadisəsi daha çox rayonun elektrik təsərrüfatına ziyan vurub. Elektrik xətlərinin qırılması və dirəklərin aşması nəticəsində rayonun 20-yə yaxın yaşayış məntəqəsinə elektrik enerjisinin verilişi dayandırılıb. Rayon İcra Hakimiyyəti aparatından verilən məlumata görə, rayon mərkəzinin enerji ilə təminatı bərpa olunub. Hazırda kəndlərə gedən naqillərin təmiri işləri aparılır.
Aidiyyəti qurumlar yolları qardan təmizləyərək, yaşayış massivləri ilə əlaqənin kəsilməsinin qarşısını alıblar. Həmçinin qarın yerə tökdüyü ağac budaqlarının təmizlənməsi işləri də aparılır.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?