Bakıda ÜGT-nin Konteyner və Karqo üzrə Təlim Mərkəzi açıldı
Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin 5 illik yubileyi və ÜGT-nin Konteyner və Karqo üzrə Təlim Mərkəzinin açılışı münasibətilə mərasim keçirilib.
APA TV xəbər verir ki, mərasimi giriş sözü ilə açan ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Roger Herman ofisin 2009-cu ildə təşkilatla DGK arasında imzalanan memoranduma əsasən inşa olunduğunu və 2011-ci il oktyabrın 17-də fəaliyyətə başladığını bildirib. Rəhbərlik etdiyi qurumun ÜGT-nin 6-cı regional ofisi olduğunu və Avropa regionu üzrə 52 ölkəni əhatə etdiyini diqqətə çatdıran R.Herman ofisin fəaliyyətində hərtərəfli dəstəyə görə Azərbaycan gömrük xidmətinə təşəkkürünü ifadə edib.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev tədbirin əlamətdar bir gündə - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümündə keçirildiyini vurğulayıb və bayram münasibətilə iştirakçıları təbrik edib. A.Əliyev onu da diqqətə çatdırıb ki, Azərbaycan ÜGT-nin həm Regional Tədris Mərkəzi, həm Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisi, həm də Regional Kinoloji Mərkəzinin mövcud olduğu yeganə dövlətdir. Bundan başqa, Ümumdünya Gömrük Universitetləri Şəbəkəsinin dünyada yeganə ofisi də Azərbaycanda yerləşir və bu, ölkəyə, eləcə də onun gömrük xidmətinə olan etimadın nümunəsidir.
Daha sonra DGK sədri ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Roger Hermana təltif olunduğu Dövlət Gömrük Komitəsinin “Gömrük əməkdaşlığının inkişaf etdirilməsində xidmətlərinə görə” döş nişanını təqdim edib.
Mərasimdə Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanın tədbir iştirakçılarına videomüraciəti də nümayiş olunub.
Daha sonra Konteyner və Karqo Üzrə Təlim Mərkəzinin açılışı olub. Mərkəzlə yaxından tanış olan qonaqlar burada yaradılan şəraitdən razılıqlarını bildiriblər.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?