Şəmkirdə yük qatarı qəzaya uğradı

Şəmkirdə yük qatarı qəzaya uğrayıb. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə bu gün saat 12:00 radələrində Zəyəm stansiyasında baş verib.

 

Bakı istiqamətində hərəkətdə olan yük qatarının 4 vaqonu relsdən çıxaraq aşıb. Hadisə stansiyada qatarların hərəkətində müəyyən müddət ləngimələr yaradıb. Hazırda qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində “Azərbaycan Dəmiryolları” QSC-nın aidiyyəti qurumları tərəfindən iş aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR