Zaqatalada aprel şəhidinin ailəsinə yeni ev verildi
Zaqatalada aprel döyüşlərində şəhid olmuş əsgərin ailəsi üçün yeni fərdi yaşayış evi tikilib.
APA TV-nin məlumatına görə, dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə 2016-cı ilin aprel döyüşlərində qəhrəmanlıq göstərərək şahid olmuş Azərbaycan Ordusunun əsgəri, Zaqatala rayonunun Muxax kənd sakini Rəvan Nurayevin ailəsinə yeni inşa edilən fərdi yaşayış evinin açarları təqdim olunub.
Bu münasibətə keçirilən mərasimdə Zaqatala rayon İH-nin başçısı Mübariz Əhmədzadə, rayonun hüquq-mühafizə orqan əməkdaşları, Muxax kənd sakinləri iştirak edib. Mərasimdə çıxış edənlər aprel döyüşləri zamanı şəhidlərimizin və Azərbaycan əsgərlərinin yazdığı qəhrəmanlıq salnaməsindən danışıblar. Vətən uğrunda canlarını fəda edənlərin ailələrinin sosial rifahının yaxşılaşdırılmasının prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının başlıca hədəflərindən olduğu bildirilib.
Sonra yeni mənzilə baxış keçirilib. Rayon büdcəsi və daxili imkanlar hesabına inşa edilən 3 otaqlı ev hər bir şəraitlə təmin edilib. Ümumi sahəsi 95 kv. m olan evdə şəhidin xatirəsinə ayrıca guşə də yaradılıb.
Daha sonra rayonun Uzunqazmalar kəndində, kənd sakini, 1-ci qrup əlil olan Könül Quliyevaya yeni inşa edilən 3 otaqlı mənzilin açarları təqdim edilib.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?