Bərdə sakinindən 3 kq-dan çox narkotik tapıldı

Bərdədə külli miqdarda narkotik vasitə aşkarlanıb.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Bərdə Rayon Polis Şöbəsinin əməliyyatçıları rayonun Balaqəcər kənd sakini Əhmədov Etibar Əli oğluna məxsus 90 BT 840 dövlət nömrə nişanlı “Niva” markalı minik maşınına baxış keçirib.

 

Bu zaman nəqliyyat vasitəsindən 3160 qram qurudulmuş marixuana aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR