Hacıqabulda bir ailənin 6 üzvü dəm qazından zəhərləndi

Hacıqabulda bir ailənin 6 üzvü dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 5.35 radələrində Hacıqabul şəhəri Ə.Vahid küçəsi 107/a ünvanında qeydə alınıb.

 

Ağamalıyevlər ailəsinə məxsus mənzildə qaz cihazından sızan dəm qazı 6 ailə üzvünü zəhərləyib. Onlardan 4 yaşlı Günay, 14 yaşlı Gülnarə, 30 yaşlı Turanə, 58 yaşlı Elmira, 34 yaşlı Emil və 61 yaşlı Məcid Ağamalıyevlər dəm qazından zəhərlənmə diaqnozu ilə Hacıqabul Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda xəstələrin vəziyyəti stabildir.

 

Qeyd edək ki, bu, son 5 gün ərzində Hacıqabul rayonu ərazisində 3-cü dəm qazından zəhərlənmə hadisəsidir.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR