Şəkidə avtomobil iki piyadanı vurdu, 15 yaşlı oğlan öldü
Şəkidə avtomobil iki piyadanı vurub, onlardan biri ölüb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə oktyabrın 17-də günorta saatlarında rayonun Vərəzət kəndi ərazisində qeydə alınıb.
Vərəzət kənd sakini Rizvan Etibar oğlu İbrahimov idarə etdiyi “Mercedes” markalı, 10 XJ 885 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolun kənarı ilə gedən piyadaları - Vərəzət kənd sakini, 2001-ci il təvəllüdlü Təmraz Mahir oğlu Mustafayevi və Baş Zəyzid kənd sakini, 1990-cı il təvəllüdlü Valeh Mövlan oğlu Həbibullayevi vurub. Daha sonra idarəetməni itirərək maşını yolun kənarındakı daş hasara çırpıb.
15 yaşlı Təmraz Mustafayev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Digər piyada Valeh Həbibullayev isə kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?