İraq rəsmisi: Başikada türk ordusunu mühasirəyə almışıq
"Başika hərbi bazası İraq Ordusu tərəfindən mühasirəyə alınıb". APA TV-nin məlumatına görə, bu fikri İraq Könüllü Xalq Qüvvələrinin sözçüsü Yusif əl-Kəlabi İranın "Tesnim" xəbər agentliyinə verdiyi açıqlamada bildirib.
"İraq Silahlı Qüvvələri bu gün Başika bölgəsində sürətli hərəkət edərək bölgəni nəzarət altına götürüb və türk hərbçilərinin olduğu hərbi baza mühasirəyə alınıb. İraq ordusunun bölgəni nəzarətə almasından məqsəd türk ordusunun hər hansı hərəkət etmə imkanını yox etməkdir, türk hərbçilərinin istənilən hərəkəti onları hədəf edəcək. Mosul əməliyyatının mərhələlərindən biri türk hərbçilərini əməliyyatdan uzaq tutmaq və onları əməliyyat bölgəsindən uzaqlaşdırmaqdır", - deyə o qeyd edib.
İraqın şiə liderlərindən Müqtəda əs-Sədrin çağırışı ilə yüzlərlə insan Türkiyənin Bağdad səfirliyini qarşısında etiraz aksiyası keçirib. Onlar türk ordusunun İraqdan çəkilməsini istəyib. Bağdad Yol Polisi sözçüsü Ammar Vəlid isə Türkiyə səfirliyinə gedən yolların hamısının bağlandığını bildirib. Bu səbəbdən ərazidə böyük tıxac əmələ gəlib.
İraq baş naziri Heydər əl-İbadinin mətbuat xidmətindən Saad Əl Haditi Bağdada gələn Türkiyə nümayəndələrinin yeni fikir bildirmədiklərini qeyd edib. Onun sözlərinə görə, Türkiyə İraqın şimalında türk ordusunu saxlamaq və Ninovanın azad olunmasında iştirak etmək fikrindədir.
Bu arada Türkiyənin baş naziri Binəli Yıldırım bildirib ki, Mosul əməliyyatında Türkiyə HHQ də iştirak edib.
Türkiyənin xarici işlər naziri isə gələn həftə İraq nümayəndə heyətinin Ankaraya səfər edəcəyini bildirib.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?