Sabah bəzi yerlərdə 15 dərəcə şaxta gözlənilir

Oktyabrın 19-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən xəbərə görə, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 7-9 dərəcə isti, gündüz 10-13 dərəcə isti, Bakıda gecə 7-9 dərəcə isti, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.

 

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9 dərəcə isti, gündüz 10-15 dərəcə, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 10-15 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 21-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdlü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli havanın üstünlüyü və iqlim normasından xeyli aşağı temperatur şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR