Cənub bölgəsinə ilk qar yağdı
Ötən gecə cənub bölgəsinin yüksək dağlıq ərazilərinə ilk qar yağıb.
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovon APA TV-nin cənub bürosuna verdiyi məlumata görə, yağıntı Lerik şəhəri də daxil olmaqla, rayonun 50-yə yaxın yaşayış məntəqəsini əhatə edib. 10-12 sm-lik qar yerli əhali üçün hər hansı bir problem yaratmayıb.
Qar yağışı həmçinin qonşu Yardımlı rayonunun yüksək dağlıq ərazilərində yerlərində yerləşən Ostayır, Daşkənd və digər yaşayış məntəqələrinə də düşüb. Burada qarın hündürlüyü hələlik 8-10 sm təşkil edir. Bəzi yerlərdə mənfi temperatur qeydə alınıb.
Hazırda sözügedən ərazilərdə qar yağmaqda davam edir.
OXŞAR XƏBƏRLƏR
19:05
497
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
428
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
558
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
409
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
12:34
398
Növbəti günlərdə bizi necə hava gözləyir?
04:40
1209