Bəşər Əsədin xanımı Suriyada baş verənlərdən danışdı - İLK DƏFƏ

Suriya prezidentinin həyat yoldaşı Əsma əl-Əsəd mətbuat qarşısına çıxıb. APA TV-nin məlumatına görə, Suriyanın birinci xanımı 8 illik fasilədən sonra Rusiya telekanallarından birinə müsahibə verib.

Əsma əl-Əsəd ölkəsində baş verənlərlə bağlı düzgün informasiya verilməməsinə görə Qərb mətbuatını tənqid edib. O, Suriyada baş verən qətliamlara bəzi mətbuat orqanlarının şəxsi maraqlar prizmasından yanaşdığını qeyd edib. Buna rəğmən, bütün baş verənləri Suriyanın faciəsi adlandıran Əsma əl-Əsəd son günlər Hələbdəki vəziyyətə də toxunub.

"Humanitar vəziyyətin ağır olduğu barədə çox yazılıb, çox danışılıb. Doğrudan da acınacaqlı haldır. İnsanların qaçqın vəziyyətinə düşməsi, köçürülməsi, ehtiyac, xəstəlik - dözülməzdir. Orda indi də adamlar var, bizim üçün isə mülki əhalinin həyatının qorunması vacibdir", - deyə Əsma əl-Əsəd qeyd edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR