Neft bazarında qeyri-müəyyənlik davam edir, gözlər ABŞ-a dikilib
Dünya bazarında neftin qiyməti 52 dollar ətrafında sabitləşir. APA TV-nin məlumatına görə, bu günkü hərraclarda “Brent” markalı neftin bir bareli 51,81 dollardan satılır. Bu, dünən səhər saatlarında hərraclarda qeydə alınan qiymətlərlə eynidir.
Qərbi Texas neftinin qiyməti də ötən günlə müqayisədə az dəyişib. Həftəyə 50,23 dollardan başlayan WTİ markalı bu gün cəmi 3 sent bahalaşaraq 50,26 dollara satılır.
OPEK ölkələrinin hasilatı dondurması qərarını noyabr ayında keçiriləcək toplantıda imzalayıb imzalamayacağı ilə bağlı qeyri-müəyyənlik neftin qiymətlərində artım tempinin dayanmasına səbəb olub. Gələn ay OPEK və qeyri-kartel ölkələri razılaşmanı imzalasa və qərar tezliklə həyata keçirilsə neftin qiymətində ciddi yüksəlmə baş verəcək.
ABŞ-ın hasil olunmuş neft ehtiyatları isə cəmi 0,5 faiz artıb. Bu artımın az olması neftin qiymətlərinə ciddi təsir etməyib. Neft İnstitutunun növbəti açıqlamasında ehtiyatların 2,1 milyon barel artacağı gözlənilir. Əgər ehtiyatlar artsa neft ucuzlaşacaq.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?