Mosul əməliyyatı: "Canlı bomba" konvoyu partlatdı, 70 əsgər öldü - HADİSƏ ANI

İraqın Mosul şəhəri yaxınlığında terrorçu-kamikadze hərbi konvoya hücum edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Bilavet kəndi ərazisində baş verib.

 

Məlumata görə, terrorçu-kamikadze zirehli avtomobillər yoldan keçərkən özünü partladıb. İnsident nəticəsində İraq ordusunun 70-ə yaxın  hərbçisi həlak olub. Hücumun İŞİD tərəfindən təşkil olunduğu bildirilir.

 

Xatırladaq ki, İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb. İŞİD-ə qarşı quru əməliyyatda 60 min hərbçinin iştirakı nəzərdə tutulub. İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR