Avro bahalaşdı

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi oktyabrın 17-si ilə müqayisədə dəyişməyərək 1,5969 manat təşkil edib.

 

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası möhkəmlənərək 1,7592 manat olub.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9525 manatdır. Beləliklə, funt sterlinq də bahalaşma nümayiş etdirib.


Rusiya rublu və Türkiyə lirəsi bahalaşıb, Gürcüstan larisi isə ucuzlaşıb. 1000 rubl hazırda 25 manat 40 qəpik, 100 türk lirəsi 51 manat 63 qəpik, 100 gürcü larisi isə 67 manat 38 qəpik dəyərindədir.

 
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR