Qaxa ilk qar yağdı

Qax rayonun yaşayış məntəqələrinə ilk qar yağıb. APA TV-nin məlumatına görə, son günlər ölkənin şimal-qərb bölgəsində qeyri sabit hava şəraiti hökm sürür.

 

Oktyabrın 16-sı axşam saatlarından başlayaraq bölgəyə aramsız yağış yağır, havanın hərarəti düzənlik ərazilərdə müsbət 4 dərəcəyə, dağlıq və yüksək dağlıq ərazilərdə isə sıfır dərəcədən aşağı düşüb.

 

Oktyabrın 17-si axşam  saat 17.00 radələrindən Qax rayonun İlisu və Sarıbaş kəndlərinə ilk qar yağmağa başlayıb. Hazırda qarın yağması davam edir. İlisuda qarın qalınlığı 1-2 sm, Sarıbaşda isə 3-5 sm təşkil edir.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR