FHN su basan ərazilərdən əhalini təxliyə edir
İki gündür yağan yağış Bakıda fəsadlar törədib. APA TV-nin məlumatına görə, fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.
FHN-in qüvvələri Binəqədi, Yasamal, Nərimanov və Sabunçu rayonlarında su basmış ərazilərdən su çəkir və köməksiz vəziyyətdə qalmış vətəndaşlara köməklik göstərir.
Paytaxtın Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi və Ordubadi küçəsində əhali təxliyə edilib, Binəqədi şosesində - Poladəritmə zavodunun yaxınlığında yağış suları çəkilib.
Əlavə məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR
19:05
497
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
428
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
558
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
409
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
12:34
398
Növbəti günlərdə bizi necə hava gözləyir?
04:40
1209