Keçmiş məhkumlardan 10 kq-a yaxın narkotik götürüldü

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Eldar Qasımov saxlanılıb.

 

APA TV-nin xəbərinə görə, onun idarə etdiyi “Mercedes” markalı avtomobil nəzarət qaydasında saxlanılıb və sərnişin, əvvəllər məhkum olunmuş Gündüz Əliyev də polis bölməsinə gətirilib. Axtarış zamanı nəqliyyat vasitəsindən ağır tərkibli narkotik vasitə olan 9 kiloqram tiryək və 720 qram həşiş aşkar edilərək götürülüb.

 

Onlar ifadələri zamanı ölkəmizə qaçaqmal yolu ilə keçirilən külli miqdarda narkotik vasitəni qabaqcadan cinayət əlaqəsinə girdikləri tanımadıqları İran İslam Respublikasının vətəndaşından aldıqlarını bildiriblər. Saxlanılan şəxslərin niyyətləri isə narkotik vasitəni satıb gəlir əldə etmək olub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR