Ərdoğan: "Türkiyəni Mosul əməliyyatından kənarda saxlamağa çalışırlar"

“Türkiyəyə deyirlər ki, Mosula girmə. Necə girməyək? İraqla 350 km sərhədimiz var, heç İraqla əlaqəsi olmayanlar oradadır”.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

 

Ərdoğan bildirib ki, Türkiyə Mosul əməliyyatında da, əməliyyatdan sonra masada da olacaq: “Çünki orada bizim üçün bir tarix var. Kimsə bizdən Başika düşərgəsini tərk etməyimizi gözləməsin. Məsələ terror təşkilatına qarşı mübarizədirsə, əvvəldən biz bu mübarizəni aparırıq. Mosullu qardaşlarımızı, o cümlədən peşmərgələri İŞİD-ə qarşı hazırlayan bizik. Əks halda, bu gün Mosul əməliyyatında İŞİD-ə qarşı uğurlu mübarizə aparacaq qüvvələr olmazdı. Terror təşkilatlarına bir vasitə kimi yanaşan və dəstək verənləri qınayıram”.

 

Türkiyə prezidenti bildirib ki, Türkiyə PKK-nı dəfələrlə məğlub edib, ancaq İraqdakı, Suriyadakı düşərgələrdə yetişdirilən yeni terrorçular Türkiyəyə göndərilir: “Fərat qalxanı” əməliyyatı çərçivəsində Cerablusun azad edilməsi göstərdi ki, qısa müddətdə özümüz bu problemi həll edə bilərik. Türkiyənin israrla Mosul əməliyyatından kənarda tutulması orada məzhəb savaşının qarşısını ala biləcəyimiz üçündür. Məzhəb savaşının qarşısını alacağı üçün Türkiyəni Mosul əməliyyatından kənarda saxlamağa çalışırlar. Biz sünni-şiə qarşıdurmasına yol verə bilmərik. Bizə deyirlər ki, sünni-şiə qarşıdurmasına yol verməyəcəyik. İraq ordusu əsasən kimlərdən təşkil olunub? Əsasən şiələrdən təşkil olunub. İraq ordusu da ora “Haşdi-Şabi” qrupunun yerləşməsinə səbəb olacaq. Bu da məzhəblərarası qarşıdurmaya səbəb olacaq”. 

 

Ərdoğan ABŞ-a xəbərdarlıq edib: “Münbiç əməliyyatında bizə söz verdiniz. PYD-YPG terror təşkilatının ora girməyəcəyini dediniz. Verdiyiniz sözü tutun. Oranın 95 faizi ərəbdir. Bu səhər mesajımız çatdırıldı. Əgər oranı PYD-YPG-dən azad etməsəniz, sizinlə ortaqlığımız bitər. Strateji ortağıq, amma bizimlə yox, terror təşkilatı ilə hərəkət edirsiniz”.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR