Bərdədə ağır qəza: 21 yaşlı sərnişin öldü
Bərdədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Bərdə rayonunun Cumalar kənd sakini Məmmədov İlqar Ərşad oğlunun idarə etdiyi 99 HC 262 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil həmyerlisi Mahmudov Mircamal Mübariz oğluna məxsus 09 BD 799 nömrə nişanlı “VAZ-2106” markalı maşınla toqquşub. Nəticədə Mircamal Mahmudov və sərnişini, 1995-ci il təvəllüdlü Həsənzadə Kənan Fərhad oğlu ağır xəsarət alıblar.
Hər iki yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, Kənan Həsənzadənin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:05
497
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
428
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
558
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
409
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
12:34
398
Növbəti günlərdə bizi necə hava gözləyir?
04:40
1209