Ağsuda avtomobil aşdı: ata, oğul və kürəkən yaralandı
Ağsu rayonu ərazisində 3 nəfərin xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsunun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Şəki rayonunun Böyük Dəhnə kənd sakini, 1968-ci il təvəllüdlü Vüqar Fidai oğlu Nuxov idarə etdiyi “VAZ-21011” markalı minik avtomobili ilə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü Vüqar Nuxov, onun oğlu, 1995-ci il təvəllüdlü Nihad Nuxov və kürəkəni, 1987-ci il təvəllüdlü Polad Vaqif oğlu Yusifov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:05
512
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
440
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
574
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
411
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
12:34
400
Növbəti günlərdə bizi necə hava gözləyir?
04:40
1212