Yağışlar davam edəcək

Oktyabrın 18-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən xəbərə görə, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturunun gecə 6-8 dərəcə isti, gündüz 9-12 dərəcə isti, Bakıda gecə 6-8 dərəcə isti, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

 

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 6-9 dərəcə isti, gündüz 9-14 dərəcə, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR